ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 28 fevralda Lamerd şəhərindəki idman zalı və ibtidai məktəbə endirilən zərbələrlə bağlı iddiaları təkzib edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama komandanlığın veb saytında yerləşdirilib.
Açıqlamada qeyd olunur ki, bir neçə media orqanı bu yaxınlarda ABŞ qüvvələrinin 28 fevralda İranın Lamerd şəhərindəki idman zalı və yaşayış məntəqəsinə endirilən zərbələr barədə məlumat yayıb.
Bildirilir ki, Mərkəzi Komandanlıq bu xəbərləri yoxladıqdan sonra bu iddiaların yalan olduğunu təsdiqləyib.
Komandanlıq iddia edir ki, ABŞ qüvvələri 28 fevralda Lamerd şəhərinə və ya ətraf ərazilərə heç bir zərbə endirməyib.