ABŞ Prezidenti Donald Trump aprelin 1-də saat 21:00-da (Vaşinqton vaxtı ilə) İranla bağlı mühüm məlumat vermək üçün xalqa müraciət edəcək.
Ucnoqta.az xəbər verir ki, neft qiymətilərində baş verən sıçrayışlar barədə danışan iqtisadçı İlham Şaban bildirir ki, Ağ Evin bununla bağlı açıqlaması Trampın dünən jurnalistlərə ABŞ qoşunlarının İranı “iki-üç həftə ərzində” tərk edə biləcəyini deməsindən qısa müddət sonra verilib:
"Qeyd etmək lazımdır ki, İran müharibəsi başlayandan bəri neft bazarı ABŞ prezidentinin bəyanatlarına son dərəcə həssasdır. Faktiki olaraq, hazırda Donald Trumpın açıqlamaları neft bazarını yuxarı və aşağı istiqamətdə hərəkət etdirir.
Dünən Brent markalı neftin qiyməti bir barel üçün 119,24 dollara qədər yüksəlmişdisə, artıq bu səhər "qara qızıl" 104 dollardan da aşağı həddə ticarət edilir.
Bazar iştirakçıları təxmin edirlər ki, əgər Tramp İranda müharibənin həqiqətən yaxın zamanda başa çatacağını elan edərsə, neft qiymətləri bu gün daha 10–15% aşağı düşə bilər.
Qeyd edim ki, ABŞ-da "Regular" (Ai-92) markalı benzinin qiyməti 1 qallon üçün $4 həddini (1 litr üçün $1,06 və ya 1.8 AZN) keçib. İranda müharibə başlamazdan öncə ABŞ-də bu marka benzinin litri $0,55-0,59 arasında dəyişirdi".