Türkiyə tankerinə hücum pilotsuz qayıq tərəfindən edilib - RƏSMİ

11:42 - 26 Mart 2026 - DÜNYA

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu ölkənin Qara dəniz sahillərində türk tankerinə edilən hücumu təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, 24TV-də o, hücumun pilotsuz qayıq tərəfindən törədildiyi ehtimal edildiyini bildirib.

"Tanker Türkiyə şirkətinə məxsusdur. Gəminin mühərrik otağının yaxınlığında partlayış baş verib. Biz bunun pilotsuz qayığın zərbəsi nəticəsində baş verdiyindən şübhələnirik. Mütəxəssislərimiz hadisə yerində işləyirlər. Gəmidə 27 Türkiyə vətəndaşı var. Onlar xəsarət almayıblar. Hadisə yerinə bütün lazımi resursları göndərmişik və vəziyyəti yaxından izləyirik", - deyə o bildirib.

İstanbulda yerləşən Pergamon Gəmiçiliyinə məxsus tanker Rusiyadan 140.000 ton neft daşıyırdı.

Xəbər xətti