Məktəblərdə dərslər bu tarixdə BAŞLAYACAQ

10:53 - 26 Mart 2026 - Xəbər

Novruz və Ramazan bayramları ilə əlaqədar beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslər mart ayının 31-də başlayacaq.

Ucnoqta.az xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-iş günü sayılır.

28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edir.

Beləliklə, altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə ilk dərs günü martın 28-də olacaq.

Xəbər xətti