Ağdaşda anasını öldürməkdə şübhəli bilinən oğul tutuldu

10:09 - 23 Mart 2026 - HADİSƏ

Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, martın 23-də səhər saat 6 radələrində kənd sakini 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır.

Xəbər xətti