ABŞ iki şəxsə və dörd şirkətə qarşı sanksiyaları ləğv edib

20:20 - 13 Mart 2026 - DÜNYA

ABŞ kibercinayətkarlığa qarşı mübarizə bəhanəsi ilə tətbiq edilən iki şəxsə və dörd şirkətə qarşı sanksiyaları ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin bir hissəsi olan Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında yerləşdirilib.

Sənədə əsasən, Rusiya vətəndaşı Boris Qaykoviç və Rusiya və Finlandiya vətəndaşlığına malik Nikita Kovalevski üzərindən məhdudiyyətlər qaldırılıb.

Bundan əlavə, Finlandiyada yerləşən GCH Finland OY, Unicum Trade OY, ACEX OY və Quantlog OY şirkətlərinə qarşı sanksiyalar qaldırılıb.

Xəbər xətti