Bakıda "Azərişıq" ASC-yə məxsus avtomobil dəmir yolu xəttində təhlükə yaradıb.
Ucnoqta.az xəbər verir ki, Bakıda "Komsomolski" dairəsi adlanan ərazidə “Azərişıq” ASC-yə məxsus pikap avtomobili dəmir yolu keçidində yanacaq daşıyan yük qatarı yaxınlaşan zaman keçidə daxil olmağa cəhd edib.
Bu zaman Yavər Əliyev küçəsində dəmiryolu keçidindəki qoruyucu şlaqbaumun endirilməsinə əhəmiyyət verməyən sürücü təhlükə yaradıb. Şlaqbaum avtomobilin üzərinə enib. Hadisə qatarın yaxınlaşdığı zaman baş verdiyindən yolda digər avtomobillər üçün də təhlükə yaranıb. Belə ki, yolun əks istiqamətində olan şlaqbaumun işi pozulub. Pikap avtomobili son anda qatarla toqquşmadan xilas olub.
Qeyd edək ki, bəzi sürücülər nizamlanan və ya nizamlanmaya dəmir yolu keçidlərindən istifadə qaydalarına əhəmiyyət vermirlər. Belə sürücülərə görə dəmir yolunda qəzalar baş verir.
Kənan