ABŞ Silahlı Qüvvələri İrana qarşı əməliyyat zamanı istifadə üçün Avropadan əlavə hava hücumundan müdafiə vasitələrini köçürür.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropadakı Ali Müttəfiq Komandanı generalı Aleksus Qrinkeviç bildirib.
O, digər əməliyyat teatrlarından Yaxın Şərqə əlavə hava hücumundan müdafiə vasitələrinin köçürülüb-köçürülməməsi ilə bağlı suala müsbət cavab verib.
General "Bəli, doğrudur" cavabını verib. O, İranla münaqişə zonasına köçürülən hava hücumundan müdafiə sistemlərinin sayı barədə məlumat verməyib.