Nigar Camal ölkəmizi "Eurovision Song Contest 2026" təmsil edəcək Jiva və onun səsləndirdiyi “Just Go” mahnısı ilə bağlı fikirlərini bölüşüb.
Ucnoqta.az xəbər verir ki, müğənni “İncə səhər” verilişində çıxışı zamanı bəstənin “Avroviziya” səhnəsinə tam uyğun olmadığını deyib.
Nigarın sözlərinə görə, müsabiqənin formatı əvvəlki illərlə müqayisədə xeyli dəyişib:
"Çox söz deməyəcəyəm. İstəyirəm bizi yüksək səviyyədə təmsil etsin. "Avroviziya"nın formatı dəyişib. Deyirlər, gözəl səsi var. Bəli, gözəldir. Amma orada elə gözəl səslər var ki... Bizdən ən gözəl səsi göndərsən belə, onlarda yaxşısı olacaq. Yaxşı mahnı olmalıdır. Bizim dildə danışan və düşünən insanın yazdığı mahnı olmamalıdır. Avropada yaşayan, onlar kimi düşünən biri mahnı yazmalıdır. Mahnını eşidən kimi bildim bizimkilər yazıb".
Xatırlatma: 70-ci "Eurovision Song Contest 2026" Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək.