“Qarabağ” futbolçusu Kris Kuaku ilə yolları ayırdığını rəsmən açıqlayıb.
Ucnoqta.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kuakunun Norveçin yüksək liqasında mübarizə aparan “Sarpsborg 08” klubu ilə razılığa gəldiyini təsdiq edib.
26 yaşlı yarımmüdafiəçi artıq yeni klubunun tibbi müayinəsindən keçib və rəsmi müqavilə imzalayacaq.
Kris Kuaku 2025-ci ilin yayında “Qarabağ”a transfer olunmuşdu.