Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, martın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 10 tüfəng, 9 patron darağı və 370 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.