ABŞ və İsrail İrana xüsusi təyinatlı qüvvələr göndərə bilər

10:42 - 8 Mart 2026 - DÜNYA

ABŞ və İsrail rəsmiləri İranın zənginləşdirilmiş uran və digər nüvə yanacağı ehtiyatlarını, eləcə də əsas neft sənayesi obyektlərini ələ keçirmək üçün İrana xüsusi təyinatlı qüvvələrin göndərilməsi ehtimalını müzakirə ediblər.

Ucnoqta.az bildirir ki, bu barədə Axios öz mənbələrinə istinadən məlumat verib.

Məqalədə deyilir ki, müzakirələrlə tanış olan dörd mənbəyə görə, ABŞ və İsrail müharibənin sonrakı mərhələsində yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsiziliyini təmin etmək üçün İrana xüsusi təyinatlı qüvvələrin göndərilməsi ehtimalını müzakirə ediblər.

Portal qeyd edir ki, hər hansı belə əməliyyat üçün möhkəmləndirilmiş yeraltı obyektlərə hücum tələb olunacaq.

Məqalə müəlliflərinin fikrincə, bu tapşırığın ABŞ və ya İsrail xüsusi təyinatlı qüvvələrinə həvalə edilib-edilməyəcəyi, yoxsa missiyanın birgə olacağı hələ də məlum deyil.

Axios qeyd edir ki, nüvə yanacağının ələ keçirilməsi yalnız hər iki tərəf İranın silahlı qüvvələrinin artıq ciddi təhlükə yaratmadığına əmin olduqdan sonra mümkün olacaq.

Xəbər xətti