İrandan 297 Azərbaycan vətəndaşı təxliyə edilib

11:24 - 7 Mart 2026 - Cəmiyyət

Fevralın 28-i saat 08:00-dan martın 7-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1761 nəfər təxliyə edilib.

Ucnoqta.az xəbər verir ki, təxliyə olunanların 297-si Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 487 Çin, 282 Rusiya, 173 Tacikistan, 118 Pakistan, 57 Oman, 44 İtaliya, İndoneziya 32, 21 İran, 20 İspaniya, 18 Səudiyyə Ərəbistanı, 16 Fransa, 13 Gürcüstan, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, 7 Özbəkistan, 6 BƏƏ, 6 Slovakiya, 6 Kanada, 5 Serbiya, 5 Nigeriya, 5 Əfqanıstan, 5 Qazaxıstan, 5 Çexiya, 4 Bəhreyn, 4 İordaniya, 4 İsveçrə, 4 Şri Lanka, 4 Yaponiya, 4 Ukrayna, 4 Türkiyə, 4 Macarıstan, 4 Belçika, 4 Küveyt, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 3 Rumıniya, 3 Banqladeş, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, eyni zamanda, Polşa, Avstraliya, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, İsveç, Almaniya, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, İsveçrə və Misirdən hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib. ///APA

Xəbər xətti