Moldova prezidenti Maya Sandu üçüncü müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Sandu "Jurnal-TV" kanalında bildirib.
"Mən konstitusiyaya əməl edirəm və üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək niyyətində deyiləm. Mənim üçün üçüncü müddət məsələsini qaldırmağa çalışan hər kəs cəmiyyətimizə və əsas qanuna olan inama xəyanət edir. Məhdud prezidentlik müddətlərimizin olması çox yaxşıdır - ümid edirəm ki, demokratiya olaraq qalacağıq", - deyə Sandu qeyd edib.
O, həmçinin qonşu ölkənin vətəndaşlığına malik olduğu üçün 2028-ci ildə prezidentlik müddəti bitdikdən sonra Rumıniya prezidentliyinə namizədliyini irəli sürəcəyi ilə bağlı media xəbərlərini də təkzib edib.
"Rumıniyanın prezidenti var və bu sahədə çox yaxşı prezidenti var. Burada hələ çox işimiz var. Başqa bir vəzifədən və ya başqa bir işdən ölkənin inkişafına töhfə vermək niyyətindəyəm", - Sandu qeyd edib.