İtaliya İrandakı səfirliyini müvəqqəti olaraq bağlayıb və işçiləri Azərbaycana təxliyə edilib.
Ucnoqta.az bildirir ki, bu barədə Baş nazirin müavini, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Antonio Tajani məlumat verib.
O, diplomatik missiyanın işçilərinin əvvəllər ixtisar edildiyini və təxminən 50 nəfər üçün köçürülmənin təşkil olunduğunu xatırladaraq bildirib ki, İranla diplomatik münasibətlər davam etdirilir və səfirlik öz funksiyalarını Azərbaycandan yerinə yetirməyə davam edəcək.