Alyaskada uçuş zamanı "Gippsland GA-8" təyyarəsindən qapı düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Alyaska İctimai Mediası məlumat yayıb.
Nəşrin məlumatına görə, "Grant Aviation" təyyarəsi İkdən Betel istiqamətində uçurmuş. Hadisə baş verən zaman pilot və beş sərnişin göyərtədə olub.
Qapı havaya qalxdıqdan cəmi beş dəqiqə sonra düşüb. Lakin təyyarə marşrutu üzrə hərəkət etməyə davam edib və təyinat yerinə təhlükəsiz şəkildə eniş edib.
Aviaşirkətin vitse-prezidenti Den Knesek artıq hadisə ilə bağlı şərh verərək bildirib ki, hazırda daxili araşdırma aparılır.