Mart ayının pensiyaları ödənildi

11:04 - 6 Mart 2026 - Xəbər

Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib.

Novruz və Ramazan bayramları ərəfəsində ölkəmizin digər bölgələri üzrə pensiyaların və güzəştli şərtlərlə pensiya təyin edilən şəxslərin pensiyalarının ödənişi planlaşdırılır.

Mart ayının müavinət və təqaüdlərinin də qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödənilməsi nəzərdə tutulub.

Xəbər xətti