Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaqlar

11:56 - 19 Fevral 2026 - DÜNYA

Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər evrir ki, sazişin imzalanması mövcud əməkdaşlıq gündəliyini genişləndirəcək, iki müdafiə nazirliyi arasında sıx əməkdaşlıq üçün zəmin yaradacaq və ikitərəfli əməkdaşlıq gündəliyini təşviq edəcək.

Saziş həmçinin tərəflər arasında hərbi-texniki əməkdaşlığın fundamental prinsiplərini və prosedurlarını müəyyən etməyi hədəfləyir və bu prinsiplərə əsasən tərəflər bərabərlik, qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsipləri əsasında qarşılıqlı fəaliyyət göstərəcəklər.

Xəbər xətti