Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard hələ səlahiyyət müddətinə son qoyub-qoymayacağına qərar verməyib.
Ucnoqta.az xəbər verir ki, AMB sözçüsü bu barədə Bloomberg-ə əvvəlki media xəbərinə münasibət bildirərkən bildirib.
O, bildirib ki, sədr Laqard missiyasına son dərəcə diqqət yetirir və səlahiyyət müddətinin bitməsi ilə bağlı heç bir qərar verməyib.
Bundan əvvəl Britaniyanın "Financial Times" qəzeti Laqardın 2027-ci ilin oktyabrında başa çatan səkkiz illik səlahiyyət müddətinin bitməsindən əvvəl vəzifəsindən gedə biləcəyini bildirmişdi.
Laqard 18 oktyabr 2019-cu ildə AMB prezidenti vəzifəsinə AMB üzvü olan ölkələrin dövlət və hökumət başçıları tərəfindən təsdiqlənib. O, noyabrın 1-də Mario Draqinin yerinə keçib.