Estoniya hakimiyyəti Şimali Atlantika Alyansının müdafiə planları çərçivəsində belə bir qərar veriləcəyi təqdirdə, öz ərazilərində nüvə silahlarının yerləşdirilməsini istisna etmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ERR portalı Estoniya xarici işlər naziri Marqus Tsahknanın sözlərini dərc edib.
"Bunu istisna edən heç bir doktrinamiz yoxdur. Əgər NATO müdafiə planlarımıza uyğun olaraq, məsələn, ərazimizdə nüvə silahlarının yerləşdirilməsini zəruri hesab edərsə, etiraz etməyəcəyik", - deyə o vurğulayıb.