800 abonentin qazı kəsiləcək

10:34 - 9 Fevral 2026 - ÖLKƏ İÇİ

Tovuz rayonunun Əyyublu kəndində təxminən 800 abonentin təbii qazla təminatında məhdudiyyətlər yaranacaq.

Ucnoqta.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Qurumdan verilən açıqlamaya əsasən, təmir-bərpa tədbirləri çərçivəsində qazın verilişi 09.02.2026-cı il tarixində saat 10:00-dan etibarən nəzərdə tutulan işlər yekunlaşanadək dayandırılacaq.

Vurğulanıb ki, bu addımın atılmasına səbəb Əyyublu kəndi ərazisində mövcud olan 159 millimetr diametrli ortatəzyiqli qaz kəmərindən ayrılan, 57 millimetr diametrli qaz xəttinin korroziyaya məruz qalmış 10 poqonmetrlik hissəsinin yenisi ilə əvəz edilməsidir.

Xəbər xətti