Evdən 65 yaşlı qadın meyiti tapıldı

08:49 - 7 Fevral 2026 - ÖLKƏ İÇİ

Şəmkirdə evdən meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z. Hacıyevanın meyiti yaşadığı evdən aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.///apa

Xəbər xətti