Ötən gün 7 avtomat, 17 tüfəng aşkar edilib

11:12 - 7 Fevral 2026 - ÖLKƏ İÇİ

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirir.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Xəbər xətti