Adil Vəliyev işdən çıxarıldı

11:10 - 9 Fevral 2026 - ÖLKƏ İÇİ

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.

Ucnoqta.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəcəb Babaşov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Adil Vəliyev başçının müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Vəliyev 2024-cü ilin aprelində başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, icra başçısı bir neçə gün bundan əvvəl köməkçisi Süleyman Axundovu da vəzifəsindən azad edib.

Xəbər xətti