İran ABŞ-dan təhdidlərdən imtina etməyi tələb edib

18:41 - 6 Fevral 2026 - DÜNYA

Omanda ABŞ ilə danışıqlar zamanı İran nümayəndə heyəti Vaşinqtondan dialoqu davam etdirmək üçün təhdid və təzyiq dilindən imtina etməyi tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Təhdid və təzyiqdən imtina etmək istənilən dialoq üçün vacib şərtdir. Biz bunu bu gün də birbaşa bildirdik və danışıqların davam etdirilməsini təmin etmək üçün buna ciddi şəkildə əməl olunmasını gözləyirik", - deyə o, IRNA-ya verdiyi müsahibədə vurğulayıb.

Xəbər xətti