Etirazlar zamanı xaricdən koordinasiyalı terror əməliyyatları başladıqdan sonra İranda internetə giriş məhdudiyyətləri tətbiq edildi.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O, "Əl-Cəzirə"yə verdiyi açıqlamada bildirib ki, internetin bağlanması xaricdən sifariş edilən terror əməliyyatları başlayanda baş verib.