İran Rusiyaya təxminən 3 milyard dollar dəyərində raket satıb.
Ucnoqta.az xəbər verir ki, bunun "Bloomberg"ə anonimlik şərti ilə bir rəsmi şəxs bildirib.
Bildirilir ki, Moskva ilə ballistik raketlərin və yer-hava raketlərinin tədarükü üçün müqavilələr tammiqyaslı işğaldan əvvəl, 2021-ci ilin oktyabr ayında imzalanıb. Onların ümumi dəyəri təxminən 2,7 milyard dollardır.
Satınalmalar arasında yüzlərlə "Fəth-360" qısa mənzilli ballistik raket, təxminən 500 digər qısa mənzilli ballistik raket və hava hücumundan müdafiə sistemləri ilə əlaqəli təxminən 200 yer-hava raketi var.
Ekspertlərin hesablamalarına görə, Rusiya 2021-ci ilin sonundan bəri İran hərbi texnikasına 4 milyard dollardan çox pul xərcləyib.