Baloğlan Əşrəfovun oğlu atasının mahnısını oxuyan müğənnilərə səslənib.
Ucnoqta.az xəbər verir ki, "Qonaqcanlı" verilişinə telefonla bağlanan Peyman Əşrəfov müəlliflik hüquqlarından danışıb.
O, bildirib ki, mahnıları oxumaq üçün heç kəsə qadağa qoyulmayıb:
"Atamın mahnılarını kim oxumaq istəyirsə oxusun, heç bir qadağamız yoxdur. Sadəcə oxuyanda onu xatırlamaq, mahnının müəllifinin kim olduğunu demək lazımdır. Elə mahnılar var ki, atamın bəstəsi deyil, Cənubi Azərbaycan mahnılarıdır. O, Peyman Təbrizini çox sevdiyi üçün mənə onun adını verib".