Çin tarifləri beş il müddətinə uzadacaq

13:28 - 13 Yanvar 2026 - İQTİSADİYYAT

14 yanvar tarixindən etibarən Çin ABŞ və Koreya Respublikasından gələn fotovoltaik panel istehsalı üçün polikristal silikona qarşı antidempinq rüsumlarını beş il müddətinə uzadacaq.

Ucnoqta.az bildirir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat verib.

Çin Ticarət Nazirliyinin yaydığı açıqlamaya görə, Dövlət Şurası tərəfindən təsdiqlənmiş bu qərar milli qanunvericiliyə uyğun olaraq və araşdırmaya əsaslanaraq qəbul edilib.

Qeyd olunur ki, bu tariflər qaldırılarsa, müvafiq Çin sənayesindəki müəssisələr zərər çəkə bilər.

Ticarət Nazirliyi polikristal silikon istehsal edən Amerika şirkətlərinə rüsumların 53,3%-dən 57%-ə qədər olacağını bildirib. Cənubi Koreya təchizatçılarına gəldikdə isə, 4,4%-dən 113,8%-ə qədər tariflər tətbiq olunacaq.

Xəbər xətti