Argentinada böyük dalğalar nəticəsində bir nəfər ölüb

08:06 - 13 Yanvar 2026 - DÜNYA

Buenos Ayres əyalətindəki Santa Klara del Mar kurort şəhərində qəfil böyük dalğalar nəticəsində ən azı bir nəfər ölüb, 35 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, TN bu barədə məlumat verib.

Kanalın məlumatına görə, 29 yaşlı kişi qayalara dəydikdən və dalğalar tərəfindən aparıldıqdan sonra ölüb. Kanal həmçinin bir nəfərin infarktla xəstəxanaya yerləşdirildiyini, digərlərinin isə yüngül xəsarətlər aldığını bildirib.

Meteoroloji sunami kimi tanınan bu fenomen bir neçə kurort şəhərində müşahidə olunub, lakin ən yüksək dalğalar Santa Klara del Marda qeydə alınıb. Argentinada yay tətili vaxtı olduğundan və xilasedicilər okean dalğaları təhlükəsi ilə bağlı heç bir xəbərdarlıq almadıqlarından, hadisə zamanı çox sayda insan suda olub.

Xəbər xətti