Kərə yağı bahalaşacaq

16:22 - 12 Yanvar 2026 - Xəbər

Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəşt artıq qüvvədən düşüb. Belə ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sosial-Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirib. İlqar Hüseynli bildirir ki, əgər bura dașınma,saxlama və infilyasiya xərclərini də daxil etsək 17-23% aralığında qiymət artımına gətirib çıxaracaq:

"Bu artım əhaliyə satılan biskvit,peçenye,evlərdə hazırlanan șirniyyat və.s istehlak mallarının,restoran və kafelərdə qida məhsullarının da bahalașmasına səbəb olacaq".

Xəbər xətti