Binəqədi rayonu, Yəhya Hüseynov və Rəşid İsmayılov küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.
Ucnoqta.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılaraq istifadəyə verilən yeni işıqfor hərəkətin daha təhlükəsiz və nizamlı təşkilinə, yolayrıcında hərəkət intensivliyinin optimallaşdırılmasına imkan verəcək.