Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzil yandı - 1 nəfər tüstüdən zəhərləndi

17:58 - 2 Yanvar 2026 tarixində dərc olunub.

Bakının Xətai rayonunda mənzildə yanğın olub. 

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında məişət əşyaları və məişət tullantıları 18 m² sahədə qismən yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası