FİFA-nın "İlin Futbolçusu" adı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, Paris Sen-Jermen hücumçusu Usman Dembele FİFA-nın İlin Ən Yaxşı Futbolçusu adına layiq görülüb.
Hücumçu ötən mövsüm Çempionlar Liqasını, Fransa liqasını, Fransa Kubokunu və Fransa Super Kubokunu qazanıb, parisliləri Klublararası Dünya Kubokunun finalına çıxarıb və Fransa milli komandası ilə Millətlər Liqasında bürünc medal qazanıb.
Dembelele bundan əvvəl "France Football" jurnalı tərəfindən ən yaxşı futbolçuya verilən 2025-ci il "Qızıl Top" mükafatını da qazanıb.
FİFA-nın Ən Yaxşı Qapıçı Mükafatı "Mançester Siti"dən İtaliyalı Canluici Donnarummaya verilib. İspaniyalı Luis Enrike (PSJ) isə "İlin Məşqçisi" seçilib.