Fransada narkotik istifadəsinə görə cərimə narkotik cinayətkarlığı ilə mübarizə kampaniyasının bir hissəsi olaraq 200 avrodan 500 avroya qədər artırılacaq.
Ucnoqta.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu regional "La Provence" qəzetinin oxucuları ilə görüşündə açıqlayıb.
"Bu cərimələri 500 avroya qədər artıracağıq. Çünki narkotik istifadə əyləncəli deyil. Bunu insanlara aydın şəkildə çatdırmasaq, hədəfi əldən verəcəyik. Gənclərin yas tutmasından bezmişəm, digərləri isə narkotik almağın əyləncəli olduğunu düşünür", - Makron deyib.
İkinci tədbir cərimə yığımının artırılmasıdır. Prezidentin sözlərinə görə, bu, qeyri-qənaətbəxş səviyyədədir.