"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Ayaks” klubunun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
"Azərsun Arena"da reallaşan görüş rəqibin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komanda daha əvvəl keçirdiyi beş oyunun hamısında uduzub.
UEFA Gənclər Liqası, 6-cı tur
14:00. "Qarabağ" U-19 — "Ayaks" U-19 - 0:8
Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov
"Azersun Arena"