ABŞ ordusu İrana qarşı əməliyyat zamanı 500 km-dən çox məsafədəki hədəfləri vura bilən ən son taktiki sursatlardan istifadə edib.
Ucnoqta.az bildirir ki, bu barədə 2 martda The War Zone məlumat verib.
Söhbət ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən "Epik Qəzə"b əməliyyatı zamanı yayımlanan görüntülərdə lentə alınan "Precision Strike" raketidir. Mütəxəssislər yeni raketi fərqli quyruğu və iki hissəli HIMARS buraxılış qurğusu ilə müəyyən edərək onu köhnə ATACMS raketlərindən fərqləndirdilər.
Baza PrSM raketinin uçuş məsafəsi ən azı 500 km-dir ki, bu da sələflərinin imkanlarını xeyli üstələyir. ABŞ ordusu mənzili 650 km-ə, sonda isə 1000 km-ə çatdırmağı planlaşdırır. Müqayisə üçün, ATACMS raketlərinin maksimum uçuş məsafəsi təxminən 300 km-dir.