Siyəzən rayonunda avtomobil su kanalına aşıb.
Ucnoqta.az xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.
1954-cü il təvəllüdlü Şabran rayon sakini Feyruz Qasımovun idarə etdiyi “VAZ-2107” markalı, 10 MU 248 N-li avtomobil yolun kənarındaki su kanalına aşıb.
Hadisənin sürücünün ürək çatışmazlığından ölməsi səbəbindən baş verdiyi bildirilir.
Araşdırma aparılır.