Paşinyan İrana başsağlığı verdi

14:48 - 2 Mart 2026 - DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyan İran rəhbərliyi və mülki şəxslər arasında baş verən itkilərlə bağlı İran Prezidenti Məsud Pezeşkiana başsağlığı teleqramı göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat verib.

"Biz İran ətrafında baş verən hadisələri böyük narahatlıqla izləyirik. İran İslam Respublikasının rəhbərliyi və vətəndaşları arasında baş verən itkilərlə bağlı başsağlığımı qəbul edin. Biz İslam İnqilabının Ali Lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafındakı şəxsi rolunu həmişə xatırlayacağıq", - Paşinyanın teleqramında deyilir.

Qeyd edək ki, İranın Ali Lideri fevralın 28-də həlak olsa da Paşinyanın başsağlığı verməməsi tənqid olunmuşdu.
Xatırladaq ki, 44 günlük müharibə zamanı İran Ermənistana dəstək göstərib, lazım olan silah-sursatla təmin edirdi. Həmçinin, müharibədən sonrakı dövrdə İran hakimiyyəti Qarabağda məskunlaşan erməni separatçıları yanacaqla təmin edirdi.

Xəbər xətti