Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ” “Ayaks”a böyük hesabla uduzdu

16:40 - 10 Dekabr 2025 tarixində dərc olunub.

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.

Ucnoqta.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Ayaks” klubunun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

"Azərsun Arena"da reallaşan görüş rəqibin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komanda daha əvvəl keçirdiyi beş oyunun hamısında uduzub.

UEFA Gənclər Liqası, 6-cı tur

14:00. "Qarabağ" U-19 — "Ayaks" U-19 - 0:8

Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov

"Azersun Arena"

Müəllif: Ucnoqta.az redaksiyası