İsrail ordusu Livanda "Hizbullah"a qarşı hücuma keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.
"Biz Hizbullaha qarşı hücum kampaniyasına başlamışıq. Biz sadəcə özümüzü müdafiə etmirik. İndi hücuma keçmək istəyirik", - deyə o, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti tərəfindən yayımlanan video görüntülərdə bildirib.