Bakıda 29 yaşlı gənc 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Ucnoqta.az xəbər verir ki, dekabrın 9-u saat 11 radələrində 1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı Yasamal rayonu X.Mustafayev küçəsi, ev 443 mənzil 37 ünvanında 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.