Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü

11:29 - 10 Dekabr 2025 tarixində dərc olunub.

Bakıda 29 yaşlı gənc 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, dekabrın 9-u saat 11 radələrində 1996-cı il təvəllüdlü Anar Zahir oğlu Ağayev yaşadığı Yasamal rayonu X.Mustafayev küçəsi, ev 443 mənzil 37 ünvanında 16 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası