Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Bağbanlar kəndində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.