Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda "Lexus" kanala aşdı - 5 nəfər öldü

10:03 - 7 Dekabr 2025 tarixində dərc olunub.

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Lexus" markalı minik avtomobili kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası