Sumqayıtda "mebel alqı-satqısı" adı altında dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutuldu

17:38 - 4 Dekabr 2025 - HADİSƏ

Sumqayıtda dələduzluq faktları qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zərərçəkənlərdən birinin "mebel alqı-satqısı" adı altında, digərinin isə "işə düzəltmək" vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.

Faktlar üzrə araşdırmalar aparılır.

Xəbər xətti