Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə məhkəmə keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edə ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırıov küçədə qayınatası Hüseyn Əhmədova vintaçanla xəsarət yetirib. Daha sonra təqsirləndirilən şəxs evə gələrək arvadı Əfsanə Bağırovaya xəsarətlər yetirib.
İş üzrə zərərçəkmiş qismində tanınan Hüseyn Əhmədov şəhid atasıdır.
Fərid Bağırova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.///APA