Bakıda evdən meyit tapılıb.
Ucnoqta.az xəbər verir ki, meyit Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkarlanıb. Mənzildən təxminən 65-70 yaşlı naməlum kişi cinsli şəxsin üzərində heç bir xəsarət və zorakılıq izi olmayan meyiti tapılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.