ATƏT-in Minsk Qrupu ləğv olundu

14:08 - 1 Dekabr 2025 - SİYASƏT

ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ATƏT-in bəyanatında deyilir.

Xatırladaq ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəstək məqsədilə Rusiya, ABŞ və Fransa həmsədrliyi ilə yaradılmışdı, lakin münaqişənin nizamlanmasına nail olmamışdı. Azərbaycan uzun müddət Ermənistanla rəsmi sülh sazişinə irəliləyiş üçün ilkin şərt kimi Minsk Qrupunun ləğv edilməsini tələb edirdi. Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri ATƏT sədri ilə (Minsk prosesinin bağlanması ilə əlaqəli) bağlı müraciət göndəriblər.

Xəbər xətti