Gürcüstanda yeni partiya yaradılıb - Ölkənin AB və NATO-ya daxil olmasına qarşıdır

16:49 - 1 Dekabr 2025 - DÜNYA

Ölkənin AB və NATO-ya daxil olmasına qarşı çıxan Birləşmiş Neytral Gürcüstan partiyası təsis yığıncağını keçirib.

Ucnoqta.az bildirir ki, bu barədə Rustavi 2 televiziya kanalı məlumat verib.

"Avro-illüziyalar üzərində dayanmağa davam etsək, gec-tez Vaşinqton və Brüsselin yenidən öz agentlərini hakimiyyətə gətirə biləcəyi ilə barışmalıyıq.

Neytral Gürcüstan partiyası bu avro-illüziyaya son qoymaq üçün hər şeyi edəcək ki, ölkənin xilası və inkişafı üçün nəyin zəruri və faydalı olduğunu real şəkildə nəzərdən keçirə bilək", - partiyanın icraçı katibi seçilən partiya lideri Vato Şakarişvili bildirib.

Onun sözlərinə görə, neytrallıq ölkənin ərazi bütövlüyünün, eləcə də tranzit rolunun bərpasına kömək edəcək.

Xəbər xətti